
Bəyannamə necə hazırlanır?
Hörmətli müştərilər! Sifariş etdiyiniz məhsulların “Bağlamalar” hissəsində əks edilməsi və gecikmələrin qarşısının alınması üçün şəxsi hesabınıza daxil olaraq əvvəlcədən bəyan etməyiniz mütləqdir. Sifariş etdiyiniz bağlama xarici anbara daxil olmazdan öncə https://upex.az/ saytından şəxsi hesabınıza daxil olaraq “Bəyan et” bölməsində olan göstərişləri icra edərək Bəyannamə tərtib etmiş olursunuz. Unutmayın ki, sifarişiniz haqqında məlumat bağlamanız xarici anbara çatdırılmadan əvvəl qeyd olunmalıdır.
Necə bəyannamə tərtib edə bilərsiniz?
Əgər sifarişiniz Türkiyənin onlayn alış-veriş mağazalarından sizin tərəfinizdən edilirsə, https://upex.az/ saytına daxil olaraq “Bəyan et” xanasına daxil olub məhsullarınızı bəyan etməyiniz vacibdir. Bu xanaya daxil olduqdan sonra aşağıdakı məlumatları doldurmalısınız: (Qeyd: Bu prosses 1-2 dəqiqə vaxt alır)
- Malın gəldiyi ölkə
- Məhsulun kateqoriyası
- İzləmə kodu (teslimat numarası)
- Mağazanın adı
- İnvois qiyməti
- Bağlamadakı məhsulun sayı
İnvois faylı yükləyirsiniz (qeyd yerinə məhsulun rəngini və ölçüsünü əlavə edin) və sonda “yadda saxla” düyməsini klikləyin.
Sifarişinizlə bağlı gecikmələrin yaşanmaması üçün məlumatlarınızı düzgün qeyd etməyinizi xahiş edirik. Yaranmış hər hansı çətinliklə bağlı whatsapp dəstək xidmətimizdən ətraflı məlumat ala bilərsiniz WP: (099) 710 10 77
Xoş alış-verişlər!