+994 99 710-10-77
Atatürk pr 2A( Gənclik m. Caspian çıxışı ilə üzbə üz/Postex
Trendyoldan sifariş - [2021]

Trendyoldan sifariş - [2021]

TRENDYOLDAN ÖLKƏMİZƏ SİFARİŞ QAYDASI - [2021]
Son illərin ən tanınmış onlayn alış-veriş platformasına çevrilən TRENDYOL ölkəmizdə də ciddi marağa səbəb oldu. Hətta aparılan statistik araşdırmalar nəticəsində Azərbaycanda Türkiyənin onlayn alış-veriş mağazaları işərisində ilk sıradadır. Gəlin, birgə bu nəhəng alış-veriş dünyası ilə yaxından  tanış olaq. 
Yəqin ki bu sual bir çoxumuza maraqlıdır. Trendyol-da tanınmış bir çox brend mağazaların milyonlarla məhsulu satılır. Geyim, parfümeriya, elektronika, müxtəlif ev əşyaları sifarişi daha çoxdur. Həmçinin burada biz satışı qadağan olunmayan bütün məhsulları tapa bilərik.  
Trendyol müştərilərinin məmnuniyyətinə məmnuniyyət qatmaq üçün tez-tez endirim kampaniyaları həyata keçirir. Kampaniyalar zamanı bəzən məhsulun qiyməti yarı qiymətindən (50%) belə aşağı ola bilir. Bu səbəbdən ötəri də müştərilərinin hər zaman maraqlarını qazana bilir. 
 Sifarişlər nə zaman gəlir? 
Azərbaycana sifarişləriniz adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Upex.az-ın Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir. Sifarişləriniz Upex.az-ın baş ofisinə daxil olduqdan sonra siz kuryer xidmətindən istifadə edərək bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını həyata keçirə bilərsiniz. Bundan əlavə filialımız olmayan bölgələrə də poçt vasitəsilə göndəriş edə bilərik. Təhvil məntəqələrimizə məhsulun çatdırılması 1-2 gün ərzində baş verir. 
Trendyoldan Azərbaycana birbaşa çatdırılma xidməti yoxdur. Bəs sifarişi necə həyata keçirmək olar? Bunun üçün azərbaycanlı istifadəçilər Türkiyədən edilən onlayn sifarişlərdə karqo şirkətləri ilə əməkdaşlıq edirlər. https://upex.az/ sürətli karqo şirkəti olaraq hər zaman sizin köməyinizə gəlməyə hazırıq. Trendyoldan Azərbaycana sifariş etmək üçün ilkin mərhələdə şirkətimizin rəsmi səhifəsindən qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan sonra 2 üsulla sifarişinizi həyata keçirə biləsiniz: